Deputat: “Bir qurum digərinin rəyini tanımır və başqa rəy verir”

GÜNDƏM 09 iyn 2022, 17:23
“Hesab edirəm ki, beynəlxalq idman yarışlarına sərf olunan vəsait hədər getmir”. 

Demokrat.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.Deputat qeyd edib ki, bu siyasi xətt dövlətin dünya ölkələri arasındakı nüfuzuna birbaşa xidmət edir: 

“Əfsuslar olsun, məsələni bilərəkdən bu səpkidə şərh edirlər ki, qazilərin problemlərinə vəsait ayrılmır, lakin idman yarışlarına ayrılır. Doğrudur, müharibə bitdi və artıq Qarabağda quruculuq işləri geniş vüsət alıb. Ancaq hələ də qazilərin əlilik meyarlarının təyin olunmasında problemlər var. Tez-tez vətəndaş qəbulu keçirirəm və bu problemlərlə qarşılaşıram”. 

Deputat əlavə edib ki, bu məsələdə birbaşa hansısa qurumu da günahlandıra bilmərik:

“Çünki qurumlararası əlaqə olduqca zəifdir. Təcrübəmə əsaslanıb deyirəm ki, bir qurum digərinin rəyini tanımır, başqa rəy verir. Sonda nəticə gedib nazirliyə çatır. Nazirlik də verilən rəylərə əsasən ya əlillik qrupu təyin edir, ya da imtina edir. Bu məsələdə bütün səlahiyyətli qurumları daha da məsulliyyətli və həssas olmağa çağırıram. Mümkün qədər məsələnin həllinə fokslanmalıyıq. Mütəmadi olaraq qazilərimizlə profilaktik söhbətlər aparılmalı, onlar dinlənilməlidir ki, başqa mənzərələrlə qarşılaşmayaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top