Azərbaycanın “Formula-1” yarışından nə qədər gəlir qazandığı açıqlandı — RƏSMİ

İDMAN 09 iyn 2022, 13:12
10-12 iyun tarixlərində keçiriləcək "Formula 1" Azərbaycan Qran-prisinin böyük coşqu və həyəcanla gözlənilən günlərdəndir. Açılış günündə trek boyu müxtəlif DJ-lərin çıxışı, onları müşayiət edən rəqqaslar, musiqi nömrələri tribunada olan tamaşaçıları yerlərində oturmağa qoymayacaq. 

“2022-ci il Formula-2 Azərbaycan Qran-Prisinə tam hazırıq. Son montaj işləri görülür və yarış obyektləri tam olaraq hazır olacaq, veriləcək Beynəlxalq Avtomobil Federasiyasına”. 

Bunu Demokrat.az-a açıqlamasında “Formula 1 Azərbaycan Qran-prisi 2022” yarışının mətbuat katibi Turab Teymurov deyib.

Son hazırlıq işləri ilə bağlı danışan tədbirin sözçüsü bildirib ki, biletlərin çoxunu əcnəbilər alıb: 



“Bilet satışına gəldikdə isə, alınan biletlərin 60 faizi xarici vətəndaşlar tərəfindən alınır. Qalan 40 faizi isə, yerli azarkeşlər alır. Top üçlüyə nəzər yetirsək, görərik ki, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, top onluqda Skandinaviya ölkələri var, Niderland, Danimarka, Norveç və digər Avropa ölkələri var. İspaniya və Fransada da biletlər çox sürətlə alınır, bu, bizi çox sevindirir. Yeri gəlmişkən, “Filarmoniya” tribunasında artıq bilet qalmayıb. Digər tribunalarda da azalıb. Bu, həqiqətən də sevindirici faktdır ki, iki illik fasilədən sonra yüksək maraq hələ də qalmaqdadır. Formula azarkeşləri sevdikləri pilotlardan imzalar da ala biləcəklər.”

Turab Teymurov “Formula-1”-in ölkəyə faydasından söz açıb: 

“Azərbaycana bu yarışın keçirilməsinin ilk dörd ilindən 500 milyon dollardan çox xeyir gəlib. İlk növbədə, bu yeni iş yeri deməkdir. Hazırda 10 minə qədər işçi – öz həmvətənlərimiz bu tədbirin təşkilatına cəlb ediliblər. Ötən illərdə bizə könüllü kimi qoşulan dostlarımız bu il artıq bizə işə qəbul ediliblər. Hər şey göz önündədir. 2016-cı ildə məhz “Formula-1”in keçirildiyi il Azərbaycana xeyli sayda turist gəldi, əsl turist izdihamı yaşandı. Bizim də missiyamız odur ki, ölkəmizə turist axını çox olsun”.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top