Rusiya PUA-ların istehsalına hazırlaşır

DÜNYA 08 iyun 2022, 00:25
Rusiya Federasiyasında Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz etmək üçün pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına 2026-cı ildə başlanacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə TASS-a Rusiyanın hərbi sənaye kompleksindəki mənbə bildirib.

Onun sözlərinə görə, hücum və kəşfiyyat məqsədilə istehsalı nəzərdə tutulan pilotsuz təyyarələrinin ilkin dizaynına bu ilin ikinci yarısında başlanacaq.

Ümumilikdə, layihənin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Mənbə, həmçinin 2025-ci ildə işçi layihə sənədlərinin veriləcəyini və cihazların istehsalına hazırlıq işlərinə başlanılacağını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top