Ermənistan Rusiyaya “humanitar yardım” göndərdi — Bəs Qərb buna niyə susur?

SİYASİ 07 iyn 2022, 17:17
Ermənistan Rusiyaya 16 tonluq yardım göndərib. Maraqlıdır ki, Rostov-Don istiqamətində göndərilən yardımın fotosu Rusiyanın Qarabağdakı sülhməramlıları qüvvələrinin "Teleqram" hesabında da paylaşılıb. Ermənilər bildirirlər ki, bu "humanitar yardım" Rusiyanın Ukrayna ərazisində döyüşən hərbçilərinə dəstək məqsədilə göndərilir.

Bu məsələyə "erməni amili" prizmasından yox, daha geniş konteksdən baxmaq məqsədəuyğun olardı. Çünki ermənilərin mənfur və məkrli niyyətləri heç kəsə sirr deyil ki, bu məsələdə də hansısa fərqli bir məna axtaraq.

Məsələ bundadır ki, Ukraynada ərazisində aparılan müharibəyə görə Qərb Rusiyaya sərt sanksiyalar tətbiq edir və Kremlə açıq dəstək verən ölkələrə qarşı da kəskin münasibət ifadə edir. Ancaq Qərbin Ermənistana qarşı hər hansı sərt mövqedə dayandığını görmürük. Göndərilən yardıma görə Rusiya Ermənistana təşəkkür edir, bəs Qərb bu barədə nə düşünür?

Qərbin iddialarına görə, Rusiya Ukrayna ərazisində böyük terror və işğalçılıq siyasəti həyata keçirir. O zaman bu siyasətə və işğalçılığa açıq dəstək verən Ermənistan niyə hər hansı təzyiqə məruz qalmır?

Əgər məsələyə Paşinyanın Qərbə yaxınlığı prizmasından baxılırsa, bu, tamamilə yanlış yanaşmadır. Çünki Paşinyan Azərbaycan-Ermənistan arasında 44 gün davam edən müharibədən sonra Qərbin maqnit dairəsindən çıxaraq, Kremlin orbitinə daxil oldu. 44 günlük müharibə zamanı Azərbaycanın qələbəsindən faydalanan Kreml Paşinyanı tamamailə "liberal resurs"lardan tərksilah etmişdi. Bundan başqa, Ermənistan kimi məğlub bir ölkədə Putinin istəmədiyi heç kəs İrəvanda baş nazir kürsüsündə otura bilməzdi.

Samir Feyruzov
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top