Bağçaya getməyən uşaqlar məktəbə götürülmür? — AÇIQLAMA

SOSİAL 07 iyn 2022, 18:02
Təhsil Nazirliyi sosial şəbəkələrdə uşaq bağçasına getməyən uşaqların məktəbə götürülməməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Demokrat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev məktəbəqədərtəhsil müəssisələrinə uşaqların qəbul prosesi ilə bağlı sualları cavablandırarkən deyib.

O qeyd edib ki, valideyn öz övladını uşaq bağçasında məktəbəhazırlıq qrupu varsa ora, ya da gələcəkdə birinci sinfə qoymaq istədiyi məktəbdə məktəbə hazırlıq qrupunu seçərək qoya bilər. Lakin valideynin yalnız bunlardan birini seçmək imkanı var, ikisini də seçə bilməz.

E. Əliyev əlavə edib ki, valideynlər uşaqlarını bağçaya qoymaq istəyirlərsə, onlara şəxsiyyət vəsiqəsi almalıdırlar: “Almayanlar isə Ədliyyə Nazirliyinin sistemində valideynlərinin FİN kodu əsasında uşağın şəhadətnaməsinin kodunu əldə edə bilərlər. Lakin daha asan yol ilk imkanda uşağa şəxsiyyət vəsiqəsi almaqdır”.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top