Şəkidə dərəyə aşan avtobusda şagird, müəllim və valideynlər olub — YENİLƏNİB+FOTOLAR

HADİSƏ 05 iyn 2022, 17:44
Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, avtobusu idarə edən şəxs Samux rayon sakini 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədov olub.

Eyyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.

Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.

Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.

17:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.


Demokrat.az bu barədə FHN-ə istinadən xəbər verir.

Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

17:12
Şəki şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Gileyli məhəlləsi adlanan ərazidə, "Mustafabəy" istirahət mərkəzinə gedən yolda qeydə alınıb.

Belə ki, içərisində 25 nəfər turistin olduğu "Hyundai" markalı avtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtobusda olan xeyli sayda turist xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralıların Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.




Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top