“İndi Ukraynaya səfərim xeyirdən çox zərər verə bilər” — Roma Papası

DÜNYA 05 iyn 2022, 11:15
"Ukraynadakı vəziyyətin sabitləşməsinə töhfə verməyə hazıram".

Demokrat.az
UNİAN-a istinadən xəbər verir ki, o, bunu Vatikanda uşaqlarla görüşü zamanı Roma Papası Fransisk deyib.
 
Görüşdə Zaxar adlı ukraynalı uşaq Papaya deyib: “Mənim bir xahişim var: hazırda orada əziyyət çəkən bütün uşaqları xilas etmək üçün Ukraynaya gələ bilərsinizmi?”.
 
Papa Fransisk bu suala "indi mənim səfərim bütün dünyaya xeyirdən çox zərər verə bilər" kimi cavab verir.
 
"Mən Ukraynaya getmək istərdim, sadəcə bunu etmək üçün anı gözləmək lazımdır. Mən bunu etmək üçün düzgün vaxt tapmalıyam. Gələn həftə Ukrayna hökumətinin nümayəndələrini qəbul edəcəm, danışıqlara gələcəklər və mənim ora mümkün səfərimi də müzakirə edəcəyik”, - Papa deyib.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top