Baydenin bu səbəbdən Yaxın Şərq səfəri təxirə salındı

DÜNYA 04 iyn 2022, 22:47
ABŞ prezidenti Co Baydenin  iyunun sonuna planlaşdırılan Yaxın Şərq səfəri iyul ayına təxirə salınıb. 

Demokrat.az  xəbər verir ki, bu barədə Axios portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, bir  gün əvvəl Ağ Evin nümayəndələri israilli həmkarlarına ABŞ prezidentinin səfərinin sıx iş qrafikinə görə gələn aya təxirə salınması barədə məlumat veriblər. Eyni zamanda ABŞ administrasiyası bu qərarın İsraildə baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Qeyd edək ki, Baydenin Yaxın Şərqə səfəri zamanı doqquz ərəb dövlətinin liderləri ilə sammitin keçiriləcəyi gözlənilirdi. Bundan əlavə, ABŞ prezidenti İsrail və Fələstinə səfər etməyi planlaşdırır.

Leyla
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top