Politoloq: “Ermənistana daha ciddi təzyiq etmək üçün bu faktorlar danışıqlar müstəvisinə gətirilməlidir”

GÜNDƏM 04 iyn 2022, 16:44
“Ermənistan 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərini minalayıb”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, ermənilər daha çox  Füzuli və Ağdam ərazisində həm piyada, həm də zirehli texnika əleyhinə minalar basdırıblar:

“Həmçinin, Azərbaycan qəbiristanlıqlarında, mədəni, tarixi abidələri ərazisində mina basdırıblar. Bu, təbii ki, azərbaycanlıların daha çox itki verməsinə, daha çox maliyyə sərf etməsi üçün atılan addımdır. Xüsusilə, biz Ermənistanı müharibədən sonra Kəlbəcərdən çıxarkən də bu ərazilərdə mina basdırıldığının da şahidi olduq. Hesab edirəm ki, bu məsələdə Ermənistan tərəfinə təzminat davası açılmalıdır. Və 30 il ərzidnə vandalizm, Azərbaycan mədəni irsinin yer üzündən silinməsi, bütün mülki infrastrukturu dağıdılması istiqamətində təzminat olunmalıdır”. 



M.Əsədullazadə vurğulayıb ki, bugünədək Ermənistan tərəfi mina xəritələrini doğru-dürüst Azərbaycan tərəfinə təqdim etməyib:

“Hələ ki, normallaşma prosesi istiqamətində danışıqlar getdiyinə görə görünür bu məsələlər ikinci plandadır. Bu məsələləri qabardaraq danışıqlar pprosesinə mane olmaq istəmirlər. Amma düşünürəm ki, Ermənistana daha ciddi təzyiq etmək üçün bu faktorlar danışıqlar müstəvisinə gətirilməlidir. Sirr deyil ki, minalanmış ərazilərin təmizlənməsi istiqamətində Azərbaycan milyonlarla vəsait xərcləyir. Buna görə də, Ermənistan tərəfi həm xəritələri daha dolğun dürüst verməlidir, həm də həmin xərcləri ödəməlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top