Məktəbin həyətində şagirdi it dişlədi

HADİSƏ 03 iyn 2022, 19:58
Qaxda ikinci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə səhər saatlarında rayonun 4 nömrəli orta məktəbinin həyətində baş verib.

Qax şəhər sakini, 2014-cü il təvəllüdlü Rəcəbli Ayla Ceyhun qızı səhər məktəbə gedərkən məktıbin həyəəində ona sahibsiz it hücum edərək, sol ayaq nayihəsindən dişləyib.

Azyaşlı valideynləri tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb, orada ona quduzluğa qarşı peyvənd vurularaq ambulator müalicə üçün evə buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top