Azərbaycan Ordusunun topoqraflarının döyüş hazırlığı yoxlanıldı — VİDEO

HƏRBİ 03 iyn 2022, 17:49
2022-ci ilin hazırlıq planına uyğun olaraq, N nömrəli topoqrafiya hərbi hissəsində döyüş hazırlığı yoxlanılıb.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə şəxsi heyətin xidməti, elektron xəritələrin yoxlanılması və ərazi maketinin hazırlanması otaqlarına, eləcə də topoqrafik xəritələrin saxlanclarına baxış keçirilib.

Daha sonra şəxsi heyətin iştirakı ilə ərazidə səmtləşmə, Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir avadanlıq və proqram təminatından istifadə etməklə topogeodeziya təminatı üzrə tapşırıqlar praktiki icra olunub.

Şəxsi heyətin nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılıb, qiymətləndirmə aparılıb.
 


Görülən tədbirlərin əsas məqsədi topoqrafiya ixtisaslı hərbi qulluqçuların bilik və bacarıqlarını təkmilləşdirmək, hərbi topoqrafiya ixtisasını müasir tələblər səviyyəsində təşkil etmək, habelə topogeodeziya təminatı tapşırıqlarını operativ şəkildə yerinə yetirməkdir.

Məlik
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top