Hərbi ekspert: “Kimlərsə qazilərdən istifadə etmək istəyir”

GÜNDƏM 03 iyn 2022, 16:05
Qazilərin nazirlik qarşısındakı etiraz aksiyası, qapını sındırıb içəri girmələri və ondan sonra baş verənlər günün əsas hadisəsi idi. Amma təkcə bir gününmü? 2020-ci ilin noyabrında zəfərlə başa çatan Vətən Müharibəsinin iştirakçılarının hüquqları, təminatı və onlara münasibət elə həmin vaxtdan bəri hər günün əsas hadisəsidir.

Bir il yarımdır, ölkənin bu sahəyə məsul olan dövlət qurumları və məmurları, qanunverici və icra hakimiyyətlərinin təmsilçiləri veteranlıq və veteranlara münasibət məsələsini həll edib bitirə bilmirlər. Problem nə hökumət, nə parlament səviyyəsində lazımınca araşdırılmır. Səbəbi nədir, il yarımdır bilinmir. Maraqlıdır ki, bir çox sosial şəbəkə seqmentində qazilərin aksiyasına siyasi don geyindirirlər. Ən dəhşətlisi isə bunu sosial partlayışa cevirmək istəyən qüvvələr var. Problem necə həll olunmalıdır? 

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, nazirlik bu məsələni qanuni yolla həll etməlidir.



“Azərbaycan dövlətinin maraqları hər birimizin istək və iddialarından öndə durur. Şəxsi narazılığını dövlət maraqlarından üstün tutmaq Azərbaycana xəyanətdir. Hansısa hökumət qurumunun fəaliyyətini açıq şəkildə tənqid etməkdə hər hansı problem yoxdur. Lakin bunu dövlətə qarşı kampaniyaya çevirməyə çağırış etmək kimi cəhdlərin qarşısı alınmalıdır. Müharibə iştirakçılarının haqlı narazılığını öz məqsədləri üçün istifadə edən bəzi şəxslər ölkədə vətəndaş qarşıdurmasının bünövrəsini qoymağa çalışırlar. Bu “Facebook” qəhrəmanlarının qarşısı ciddi şəkildə alınmalıdır. Əks təqdirdə cəmiyyətdə vətəndaş qarşıdurmasının yaranması qaçılmaz hal ala bilər.”- deyə Ramil Məmmədli bildirib.(alp.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top