“Tarix və mədəniyyət abidələrinin korlanmasına görə cəzalar sərtləşdirilməlidir”

GÜNDƏM 03 iyn 2022, 11:11
Mənə indiyədək maraqlı gəlirdi ki, niyə bir çox məmur və  ya siyasi rəhbərlər bəzən  maddi-mədəni irsimizi məhv etməklə öz yuxularını çin etmək istəyində olurlar.

Demək öyrəndim ki,  AR CM-nin müvafiq maddəsində bununla bağlı ancaq cərimə nəzərdə tutulubmuş, ona görə. Cəriməni ödəmək isə siyasi rəhbərlər üçün iki vur ikidir. Yəni, cəriməni məcburi şəkildə bələdiyyə sədrinin birinə ödətdirib işlərinə davam edəcəklər. Bununla da növbəti maddi-irs nümunəsinin axırına çox asanlqıla çıxmış olacaqlar. Amma başa düşmürlər ki, məhv etdikləri maddi mədəni irs nümunəsi onun deyil, bütün Azərbaycanın sərvətidir.  Onun isə əsas vəzifələrindən biri də məhz bu  sərvəti qorumaq, mühafizə etmək və gələcək nəsllərə olduğu kimi çatdırmaqdır. Bu niyyəttdə olanlara sadəcə ayıb olsun. 

Qaldı ki, cəriməyə, deyərdim ki, bu maddəni bir qədər sərtləşdirmək lazımdır. Düşünürəm ki, istər Mədəniyyət Nazirliyi, istərsə də Milli Məclisin Mədəniyyət komitəsi bu məsələni gündəmə gətirməklə müəyyən mənada maddi-mədəni irsimizin qorunmasında öz töhvələrini verəcəklər. 

***

Maddə 246. Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama

Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama — beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdanməhrum etmə ilə cəzalandırılır…

Vüqar Tofiqli
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin sədri
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top