İraq və Suriyadan gətirilənlər xidmət müəssisələrinə yerləşdirildilər

SOSİAL 02 iyn 2022, 18:15
Azərbaycan hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq, son günlərdə İraq və Suriyadan daha 13 vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 2-si qadın, 11-i uşaqdır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərdən 11-i nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə, 2-si tibb müəssisəsinə yerləşdirilib.

Repatriantlara ilkin tibbi, sosial- psixoloji dəstək işlərinə başlanıb.

Növbəti mərhələ kimi, Agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcək. Nəticəsinə uyğun olaraq hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, reabilitasiya prosesini başa çatdıran repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

Ölkəyə qaytarılan vətəndaşlarımızın sosial reinteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır.

Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb edilir.

Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top