Milli Məclis dövlət büdcəsinin icrası haqqında layihəni ilk oxunuşda qəbul etdi — YENİLƏNİB

DAXİLİ SİYASƏT 31 may 2022, 12:37
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Demokrat.az
xəbər verir ki, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər.

Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

***11:35

Milli Məclisin plenar iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilir.

Demokrat.az
xəbər verir ki, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Daha sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2021-ci ilin dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyini təqdim edib. O, qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Büdcənin əsas parametrlərinin doğruluğu ilə bağlı rəydə əks etdirilmiş makroyanaşmaları diqqətə çatdırıb.

O bildirib ki, rəy icra edilmiş dövlət büdcəsinin gəlirləri və xərcləri, dövlət borcu, büdcə kəsirinin göstəricilərinin əsaslılığı və tamlığını, bu göstəricilərin əsas makroparametrlərə uyğunluğunu özündə əks etdirir. Sənədə ötən ilin debitor borclarının, dövlət satınalmalarının bəzi parametrlərinin səmərəliliyinin qiymətləndirilməsi, müvafiq dövrdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri daxil edilib. Bununla yanaşı, dövlət proqramları və tədbirləri, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı ayrılmış dövlət vəsaitlərinin istifadəsinə dair məsələlər diqqətdə saxlanılıb.

***11:11

Milli Məclisin plenar iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunur.


Demokrat.az xəbər verir ki, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Komitə sədri diqqətə çatdırıb ki, bütövlükdə 2021-ci ilin dövlət büdcəsi qəbul olunan zaman gəlirlərin 25 mlrd 427 milyon, xərclərin 28 mlrd 543 milyon, kəsirin 3 mlrd 116 milyon, Ümumi Daxili Məhsulun artım tempinin 3,4 faiz, qeyri-neft sektorunun artım tempinin 3,1 faiz, inflyasiyanın 3,7 faiz, neftin 1 barrelinin qiymətinin 45 dollar olacağı proqnozlaşdırılıb. Lakin ötən il pandemiya ilə bağlı karantin rejiminin yumşaldılması bu rəqəmlərə öz təsirini göstərib.

Hesabat ilində dövlət büdcəsinin mədaxili 26 mlrd 396 milyon manat olmaqla, proqnoza qarşı 969 milyon manat və yaxud 3,8 faiz artıq icra edilib. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 12 mlrd 860 milyon manat və yaxud 110,4 faiz, proqnozdan isə 10,4 faiz çox icra olunub.

T.Mirkişili bildirib ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96,1 faiz və yaxud 27 mlrd 422 milyon manat səviyyəsində icra edilib.

Ötən ilin icmal büdcəsinin gəlirləri 23 mlrd 828 milyon manat proqnoza qarşı 33 mlrd 904 milyon manat icra olunub. İcmal büdcənin xərcləri isə 29 mlrd 991 milyon manat səviyyəsində icra olunub.

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış edəcəklər.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top