Ronaldo Mourinyonun klubuna keçir?

İDMAN 30 may 2022, 21:55
"Mançester Yunayted"in dünya şöhrətli futbolçusu Kristian Ronaldo ilə bağlı şok iddia irəli sürülüb.

Demokrat.az xəbər verir ki, bu il İngiltərə Premyer Liqasında mövsümü 6-cı yerdə başa vuran "Mançester Yunayted" növbəti mövsümə erkən hazırlığa başlayıb.

Bu ərəfədə İtaliya mətbuatında Ronaldonun "Roma"ya keçəcəyi barədə iddialar yayılmağa başlayıb.

Verilən məlumatlarda, Romanın baş məşqçisi Joze Mourinyonun Ronaldonu öz klubunda göçmək istədiyi bildirilib.

Qeyd edək ki, Ronaldo bu mövsüm Premyer Liqada 18, Çempionlar Liqasında isə 6 qol vurub.

Malik
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top