Ərdoğanın danışıqlar dəvətinə Zelenskidən CAVAB

GÜNDƏM 29 may 2022, 22:59
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putini birgə tele-konfransa dəvət etdikdən sonra Ukrayna ilkin razılığını verib.

Demokrat.az UNİAN-a  istinadən bildirir ki, Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Ukrayna tərəfi Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.

"Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm - bu razılaşmalar Türkiyə və Rusiya prezidenti arasında olub. O ki qaldı Ukrayna Prezidenti Aparatının mövqeyinə, Rusiya prezidenti razılıq versə, biz də bu təklifə baxacağıq», - Nikiforov bildirib.


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top