Çexiya və Britaniya ağır silahlarla Ukraynaya dəstək verməyə davam edəcək

GÜNDƏM 27 may 2022, 22:27
Çexiyanın xarici işlər naziri Yan Lipavski və Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Ukraynaya hərbi və siyasi dəstəyi davam etdirəcəklərinə söz veriblər.

Demokrat.az “Ukrinform”a istinadən  xəbər verir ki, onlar bu barədə mayın 27-də Praqada keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildiriblər.

“Bu gün biz Ukraynaya həm siyasi, həm də hərbi dəstək vermək, onun müdafiəsini dəstəkləmək və Ukraynanın yenidən qurulması üzərində işi davam etdirmək zərurəti barədə razılığa gəldik”, - Çexiya diplomatiyasının rəhbəri bildirib.

Hər iki nazir mətbuatda NATO ölkələrinin Ukraynaya bəzi ağır silah növləri, o cümlədən tanklar və piyada döyüş maşınları verməməyə qeyri-rəsmi razılıq verməsi barədə yalan məlumat adlandırıb.

Leyla
Demokrat.az





 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top