Rusiya XİN: “İsveç və Finlandiya bu qərarı verməklə öz suverenliyi ilə vidalaşdı”

REGİON 26 may 2022, 14:47
“İsveç və Finlandiya NATO-ya üzv olmaq qərarı ilə öz suverenliyi ilə vidalaşdı”.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı şöbəsinin rəhbəri Nikolay Kobrinets deyib. Onun sözlərinə görə, Finlandiya və İsveçin alyansa qoşulmaq üçün müraciəti ABŞ-dan vassal asılılığın qəbzidir.

Kobrinets bildirib ki, NATO ilə Rusiya arasında sərt qarşıdurma baş verərsə, ilk “cəbhəyanı dövlətlər” qurban olacaq: “ABŞ-ı bu cür ssenaridə bu ölkələrin hansı siyasi, hərbi və iqtisadi itkilərə məruz qalacağı maraqlandırmır”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top