İşsizlərə mühüm xəbər — VİDEO

SOSİAL 26 may 2022, 10:53
"İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev  belə deyir.  İşaxtaranların əmək bazarının tələblərinə uyğunlaşdırılması və hazırlanmasından danışan deputat bunu müxtəlif səbəblərlə əlaqələndirib.

İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Çünki onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapa bilmirlər.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur.

Millət vəkili bildirib ki, əmək bazarında işaxtaranlarla iş yerlərinin kommunikasiyasının olmaması da əsas səbəblərdəndir.

Problemin həll olunması üçün uçot və statistika dəqiqləşdirilməli, regionlar üzrə araşdırma aparılmaldır. Hansı ixtisaslar üçün daha çox hansı iş yerləri var, onlara üstünlük verilməlidir. Xüsusilə gənclər və qadınların məşğulluğunun təmin olunması  ilə əlaqədar bu profilli iş yerləri açılmalıdır" deyə millət vəkili vurğulayıb.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top