"Müharibəni dayandırmalısınız" — Şarl Mişel

GÜNDƏM 26 may 2022, 00:10
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kremli dezinformasiya yaymamağa çağırıb.

Bu  barədə Prezident Mişel “Twitter“də bildirib.

“Dezinformasiya yaymağı dayandırın! Sanksiyalar deyil, Ukraynadakı müharibəniz daşımaların qarşısını alır və ərzaq təhlükəsizliyini təhlükə altına alır. 20 milyon tondan çox taxıl ixracını sizin minalarınız və müharibəniz bloklayıb. Müharibəni dayandırmalı və qlobal ərzaq təchizatı zəncirlərini bərpa etməliyik”, - deyə Mişel vurğulayıb.Qeyd edək ki, o, paylaşımında Rusiya Prezidentinin rəsmi “Twitter“ səhifəsini işarələyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top