“Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli” adlı silsilə təlimlər davam edir — FOTOLAR

SOSİAL 25 may 2022, 17:55
Bakı şəhəri 244 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində  “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və mərkəzin “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri iştirak ediblər.

Qonaqlar məktəblilərə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzusunda təlim  keçiblər.

Daha sonra şagirdlərdən ibarət "Sürücülər", "Piyadalar", "Sərnişinlər" komandaları arasında yol hərəkəti qaydaları ilə bağlı yarış keçirilib və "Piyadalar" komandası qalib seçilib.

Sonda yarışda iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top