Salyanda rayon birinciliyinin final mərhələsi keçirildi — FOTOLAR

SOSİAL 25 may 2022, 15:13
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında  28 May Müstəqillik Gününə həsr edilmiş “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinin final mərhələsi keçirilmişdir. 

Demokrat.az xəbər verir ki, “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinin final mərhələsində mayın 23-də A qrupu üzrə I  yeri qazanmış Arbatan kənd tam orta məktəbinin “Kür”  komandası, B  qrupu  üzrə I  yeri qazanmış şəhər  1 saylı məktəbi-liseyin “Muğan” komandası  və  mayın 24-də C qrupu üzrə I yeri qazanmış Aşağı Noxudlu kənd  tam orta məktəbinin “Zəka” komandası ,  D qrupu üzrə I yeri qazanmış  şəhər 8 saylı tam orta məktəbin  “Aran” komandası mübarizə aparırdı.

Maraqlı mübarizə şəraitində keçən “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinin  final  mərhələsinin yekununda III yeri şəhər 8 saylı tam orta məktəbin “Aran” komandası, II yeri şəhər  1 saylı məktəbi-liseyin “Muğan” komandası , I yeri isə Arbatan kənd tam orta məktəbinin “Kür” komandası qazandı.
 
Aşağı Noxudlu kənd  tam orta məktəbinin “Zəka” komandası “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinin fərqlənən komandası oldu. Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi  Araz  Hüseynov  qalibləri  təbrik etdi və bildirdi ki, belə intellektual oyunların keçirilməsində məqsəd  gənclərin intellektual qabiliyyətlərinin və məntiqi təfəkkürlərinin  inkişaf etdirilməsidir. 

Sonda qalib və fərqlənən komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi  Araz  Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.



Məlik
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top