“Azərbaycanda “meymun çiçəyi”nin olması tam realdır, çünki...”

GÜNDƏM 23 may 2022, 14:27
Koronavirus epidemiyası ilə mübarizə hələ də davam edərkən, son həftələrdə daha bir təhlükəli virus – meymun çiçəyi ortaya çıxıb. Dünyanın 14 ölkəsində yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır. Yay aylarında virusun daha sürətlə yayılacağı ilə bağlı proqnozlar var. Yoluxma hallarının artacağı ehtimalının yüksək olduğunu da qeyd edib.

“Meymun çiçəyi”nin Azərbaycanda aşkarlanmaq ehtimalı nə qədərdir?

Profesor Adil Qeybulla Yenisabah.az-a açıqlamasında deyib ki, bu virus çiçək xəstəliyi qədər ağır olmasa, da ölüm halları var:

““Meymun çiçəyi” virusu çiçək virusu ailəsinə daxildir. İlk dəfə Danimarkada aşkar olunub. Konqo Respublikasında ilk yoluxma halı qeyd olunub. Əlamətləri də qrip kimidir. Bel, əzələ, baş ağrıları, titrəmə, yüksək hərarət və dəridə xüsusi suluqların əmələ gəlməsi çiçək xəstəliyinin xatırladır”.

Həkimin sözlərinə görə, Azərbaycanda xəstəliyin aşkarlanması gözləniləndir:

“Xəstəliyin yayılması narahatlıq doğurur. Dünya Səhiyyə Təşkilatı bunun lokallaşdırılması istiqamətində tədbirlər görür. Azərbaycanda xəstəliyin olması tam realdır. Çünki biz qloballaşan dünyada yaşayırıq. Xəstələr vaxtında izolyasiya olunmalı, karantinə alınmalıdır”.

A. Qeybulla qeyd edib ki, virusun qlobal pandemiya yaradacağını düşünmür:

“Bu, sürətlə yayılan bir virus deyil. Amma kontakt əsasdır. Bir yerdə yaşayan insanların yoluxması daha realdır. Hər halda müəyyən tədbirlər görüb, hazır olmalıyıq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top