“Azərbaycan, Türkiyə, Gürcüstan parlamentarilərinin növbəti iclası Suxumidə keçirilsin” — TƏKLİF

XARİCİ SİYASƏT 22 may 2022, 15:23
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclasının Gürcüstanın Suxumi şəhərində keçirilməsi təklif edilib.

"Report"un əldə etdiyi məlumata görə, bu təkliflə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze komitələrinin Şuşa şəhərində keçirilən VII üçtərəfli iclasında çıxış edib.

O təklif edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti iclası gələn il Suxumi şəhərində keçirilsin.

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri Şuşa şəhərində VII üçtərəfli iclas keçiriblər. Toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top