Çoban itləri məşhur aktyora hücum etdi — FOTO

ŞOU-BİZNES 21 may 2022, 23:19
Türkiyənin məşhur "Üç bacı" serialının məşhur aktyoru Reha Özcan istirahət üçün getdiyi Burdurda itlər tərəfindən hücuma məruz qalıb.

Belə ki, çoban itləri məşhur aktyor hücum ediblər. İtlərdən qaçarkən Reha Özcan yıxılıb və ayağını yaralayıb.

Bu barədə sosial şəbəkədə sevənlərinə açıqlama verən aktyor bunları bildirib: "Əslində itlərin heç bir günahı yoxdur. Biz qoyun sürüsünün önündən keçirdik. Çoban itləri isə sürünü qorumaq üçün bizə hücum etdilər. Hələ də yaralarım çox incidir".

Qeyd edək ki, aldığı xəsarət səbəbindən aktyorun çəkilişləri təxirə salınıb.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top