“Poz, qazan” fırtınası... — Küçə qumarı dövlət səviyyəsində niyə kimlərinsə monopoliyasına verilir?

GÜNDƏM 21 may 2022, 12:50
“Poz, qazan Masası” hər küçədə peyda olub və bu lotereya oyununun əsas hədəfi kasıb insanlardır. Faktiki olaraq “Azərlotereya” kasıb insanların cibinə girərək milyonlar qazanır...

“Dövlət bu sistemi ləğv etməlidir. Yəni küçələrdən “Poz, qazan” masaları ləğv edilməlidir. Əvvələr olduğu kimi sadə lotereyalar olmalıdır və televiziya vasitəsilə oynanılmalıdır”.

Bu sözləri sosioloq-jurnalist Elçin Bayramlı “Poz, qazan Masası”nın hər küçədə peyda olmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar “Azərlotereya”nın fəailiyyəti ölkədə ən çox müzakirə olunan məsələlərdən biridir. Xüsusən “Poz, qazan Masası” hər küçədə peyda olub və bu lotereya oyununun əsas hədəfi kasıb insanlardır. Faktiki olaraq, “Azərlotereya” kasıb insanların cibinə girərək milyonlar qazanır.

Ümumiyyətlə qumar oyunlarının dövlət tərəfindən kimlərinsə monopoliyasına verilməsi nə qədər doğrudur və bunun cəmiyyətdə yaradığı sosial fəsadlar nədən ibarətdir?

Ölkədə lotereya adı ilə baş alıb gedən qumar biznesini PİA.az-ın əməkdaşı sosioloq-jurnalist Elçin Bayramlı ilə müzakirə edib.

Dövlətn bu sistemi ləğv etməli olduğunu vurğulayan sosioloq PİA.az-a bildirib ki, küçələrdə “Poz, qazan” sistemi ləğv edilməlidir. Əvvələr olduğu kimi sadə lotereyalar olmalıdır və televiziya vasitəsilə oynanılmalıdır:

“2000-ci ilin əvvəllərində də, belə bir lotereya bumu yayılmışdı. Onda da “Poz, qazan” da guya 30 milyon uduş var idi. O zaman da sosial vəziyyət ağır idi. Hələ neft pulları ölkəyə gəlməmişdi. İşsizlik də çox idi. Buna görə də insanlar çıxış yolunu lotereyada, qumarda görürdülər.

Uzun müddət idi bu sahədə sakitçik idi. Son bir-iki ayda, nə baş verdişə, əhali kütləvi surətdə lotereyalara, xüsusən də “Poz, qazan” lotereyadına bir növ hücum etdilər. Əslində nəyin baş verdiyi də bəllidir. Milli Məclis səviyyəsində qanun qəbul edib “Azərlotereya”ya mərc oyunları üçün monopoliya yaradılandan sonra baş verdi bunlar. Monopoliyanı ələ keçirən “Azərlotereya” normal və bütün dünyada qəbul olunmuş qaydada lotereya tirajları təşkil etmək əvəzinə ən asan yolla pul qazanmağa başlayıblar. Hər küçəyə, hər tinə kiçik bir masa qoyub insanları qumara sövq edirlər və bu artıq açıq xarakter alıb. Açığı mən bu masaları gördüyüm zaman əvvəllər bazarlarda, insanların gur olduğu yerlərdə “üskük” oynadan dələduzları xatırlayıram.

Əvvələr olduğu kimi yenə də bu küçə qumarlarında milyonlarla insan uduzur. Evini, maşınını satanlar, kreditə girənlər lotereya vasitəsilə vəziyyətdən çıxmaq istəyirlər. Yəni bütün bunlar sosial problemlərin, işsizliyin nəticəsidir. İnsanlar son ümid yolunu lotereyada qazanmaqda görürlər. Bu da cəmiyyət üçün dəhşətli bir fəlakətdir.

Qeyd edim ki, 2000-ci ilin əvvəllərində özəl şirkətlər lotereya işinə başlamışdı. Sonra böyük bum yarandı lotereya genişləndi və milyardlarla dövriyyə oldu. Dövlət də özəl şirkətləri ləğv etdi və lotereya sistemini dövlətin balansına keçirdi. İndi də lotereyanı yayan dövlət şirkətidir. Amma artıq kütləvi ajiotaj yaranıb və əhali kütləvi qumara qoşulub. Buna görə də dövlət bu prosesin qarşısını almalıdır.

Aydındır ki, çox ölkədə lotereya sistemi var. Amma bu “Poz, qazan” sistemi tamamilə açıq küçə qumarıdır. “Poz, qazan” ilk vaxtlarda bir az uduşlar etdilər. O uduşları udanların qohumları, qardaşları eşidəndə də hamı kütləvi şəkildə lotereya almağa başladı. Bu oyun kütləviləşəndəb sonra isə uduzanların sayı udanların sayından yüz dəfələrlə çoxdur.

Ona görə də dövlət bu sistemi ləğv etməlidir. Yəni küçələrəd “Poz, qazan” təklif edən masalar ləğv edilməlidir. Əvvələr olduğu kimi sadə lotereyalar olmalıdır və televiziya vasitəsilə oynanılmalıdır. Bu tip lotereyalar elə də dəhşətli problemlər yaratmır. Amma yerində pozub qazanma məsələsində insanlar cibindəki, evindəki pulları uduzur. Sonra da borc alıb uduzduqlarını qaytarmaq istəyir və bununla da bataqlığa girir.

Belə lotereyalarla insanlar bir anın içində yoxsullaşırlar. Bu qəfil sosial faciəyə səbəb olur. Hətta intihar hallarına qədər gətirib çıxaran hallar var.

“Poz, qazan” lotereyası cəmiyyət üçün dəhşətli sosial problemə səbəb olur. Dövlət küçələrdə qumar oynayaraq insanları aldatmamalıdır. Lotereya açıq şəkildə 99 nəfərin uduzub, 1 nəfərin udması deməkdir. Bu ailə dağılmasına, insanların evsiz qalmasına, insanların borca baxmasına səbəb olursa, dövlət buna imkan verməməlidir.

Hər gün bu sahədə olan vəziyyət daha da ağırlaşır. Buna görə artıq bununla bağlı tədbirlər görülməsinin vaxtıdır”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyn 2022, 20:18
Top