Şoyqu Putinə Mariupolun nəzarətə alındığı barədə məruzə edib

GÜNDƏM 20 may 2022, 23:33
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və "Azovstal" zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.

Demokrat.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Konaşenkovun sözlərinə görə, sonuncu qrupun tərkibində zavodun 500-dən çox ukraynalı əsgəri cümə günü təslim olub.

“Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, - Konaşenkov deyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top