“Qazprom” Finlandiyaya qaz nəqlini dayandırdı

DÜNYA 20 may 2022, 23:04
Rusiya törəmə şirkəti olan “Qazprom Export” mayın 21-dən Finlandiyaya qaz nəqlinin dayandırıldığını təsdiqləyib.

Holdinq Finlandiya tərəfdən aprel ayı üçün ödəniş almadığını bildirib.

“Qazprom Export”un məlumatına görə, Finlandiyaya qaz tədarükünü dayandırmaq qərarına Rusiyanın rublla ödənişləri tələb edən yeni qaydalarına uyğun olaraq aprel ayında təhvil verilmiş qazın ödənilməməsi səbəb olub.

Rusiya şirkəti əlavə edib ki, onlar Finlandiyanın dövlətə məxsus “Qasum” topdansatış şirkətinin başlatdığı arbitraj prosesində öz maraqlarını müdafiə edəcəklər. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top