Gədəbəy sakini Şəmkirdə bıçaqlandı

HADİSƏ 20 may 2022, 22:50
Şəmkirdə bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Qurban Abbasov mübahisə zəminində 3 bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətməkdə isə onun dostu şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top