Kanadadan Ukraynaya daha bir YARDIM

DÜNYA 20 may 2022, 22:23
 Kanada hakimiyyəti Ukraynaya 250 milyon Kanada dolları (195,1 milyon dollar) məbləğində növbəti kredit vermək qərarına gəlib.

Demokrat.az
TASS-a  istinadən bildirir ki, bu barədə  Kanada Maliyyə Nazirliyinin rəhbəri və baş nazirin müavini Kristi Friland bəyanat verib.

Sənəddə göstərilən bu vəsaitlər Beynəlxalq Valyuta Fondu vasitəsilə köçürüləcək.

 "Əvvəlki maliyyə dəstəyi ilə birlikdə bu kredit Kanadanın Ukrayna qarşısındakı maliyyə öhdəliyini bu il 1,87 milyard Kanada dollarına (1,46 milyard dollar) çatdırır", - Friland bildirib.

Açıqlamada qeyd edilir ki, bu qərar Friland ilə maliyyə departamentlərinin rəhbərləri və G7-nin Mərkəzi Bankının rəhbərləri arasında Almaniyanın Köniqsvinter şəhərindəki görüşdən sonra qəbul edilib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top