Ermənistan öz vədinə sadiq qalacaqmı? — ŞƏRH

GÜNDƏM 20 may 2022, 16:18
Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyasının heyətini formalaşdırıb. Bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib. Maraqlıdır, Ermənistan öz vədinə sadiq qalacaqmı? 

 Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanın öz vədinə sadiq qalması biraz da maliyyə məsələsi ilə bağlıdır.

“Düşünürəm ki, Ermənistanın vədinə sadiq qalması üçün Ermənistanın daxilindəki radikal qüvvələr, o cümlədən xaricdəki lobbi razı qalmalıdır. Amma, son mitinqlərdəki proses göstərir ki, onların getdikcə təsirləri Paşinyan üzərində azalmaqdadır. Bu, müsbət mənada ondan xəbər verir ki, Paşinyan prosesləri müsbət yönə gətirə bilər. Həmçinin,o, sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq addımlar ata bilər”. 



Ə.Əlibəyli qeyd edib ki, lakin bu məsələlər içərisində ən vacib nüans Zəngəzur dəhlizinin açılması olmalıdır:

“Zəngəzur dəhlizinin açılması isə konkret maliyyə məsələsi ilə bağlıdır. Bu maliyyəni də  erəcək tərəf bu mənada prosesin təşəbbüskarı olan Avropa İttifaqıdır. Bütövlükdə Ermənistan-Azərbaycan arasında sərhəd delimitasiyası və bundan sonrakı proseslər, sülhə aparacaq addım üçün əsas mərhələnin məhz indi keçiriləcək Brüssel görüşü olacağını hesab edirəm. Ondan sonra əlbəttə ki, Ermənistanın vədinə sadiq qalmasını görəcəyik. Ermənistan proseslərin getməsinə onsuz da razıdır. Sadəcə bu proseslərin icrasında Ermənistanın maliyyə itkisi yox, qazancı olmalıdır məntiqi üstünlük təşkil edir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top