BNA bulka alverinə girişdi — FOTO

GÜNDƏM 19 may 2022, 11:32
Koroğlu Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminalları əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılıb və yeri “Simit Sarayı”na kirayə verilib. 

Demokrat.az xəbər verir ki, bu məsələni sosial şəbəkə istifadəçiləri ictimailəşdirib. Məlum olur ki, Bakı Nəqliyyat Agentliyi ərazini restorana verib və pul qazanmağın yeni üsulunu tapıb. BNA bəhanə gətirib ki, aparatlar məntəqədə qızdığı üçün bayıra qoyulub. Lakin foto fakt da təsdiqləyir ki, belə deyil, BNA yeri kirayə verib. Ölkədə heç bir işi rəğbət qazandırmayan bu qurum getdikcə daha da nüfuzdan düşür, indi də biznesə əl qoyur.

Sosial şəbəkə fəalları qeyd edirlər ki, artıq pul cib deşməz, yayda dayanacaqlar, gözləmə zalları da qızır, onları da kirayə verin. Sərnişinlər zəhmət çəkib çöldə gözləyər. Yəni yeni biznesiniz mübarəkdir, Bakı Nəqliyyat Agentliyi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top