“Kreml bu yolla öz təsir rıçaqlarını bölgədə qoruyub saxlamağa çalışır” — Partiya sədri

GÜNDƏM 17 may 2022, 15:13
Rusiyanın Qarabağda yaratdığı qondarma "rus icması" fəaliyyətini genişləndirir. Separatçıların başçısı A.Aratunyan ötən gün "rus icmasının" üzvülərini qəbul etməsi və Ağdərədə yeni "rus icması " üçün mərkəz yaradılması Kremlin problemi inkişaf etdirmək siyasətinin tərkib hissəsidir.

Bu gün Rusiyanın faktiki olaraq dünyada qanunsuz silahlı birləşmələri, qondarma “respublikaların” himayədarı qismində çıxış etdiyini deyən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Demokrat.az-a açıqlamasında deyib ki,dünyadan izolyasiya olmuş Putin Rusiyası bu tip qondarma “respublikalar” sayəsində özünün tək olmadığı obrazını yaratmaq istəyir:

“Bunlar təbii ki, əbəsdir. Bu gün Vladimir Putinin siyasəti görün Rusiyanı hansı vəziyyətə salıb ki, qondarma “respublikaların” ümidinə qalıb. Bu gün heç şübhəsiz ki, Rusiyanın Azərbaycanın tam nəzarətində olmayan Qarabağ bölgəsində “rus icması”nın fəaliyyətini genişləndirməsi açıq gözlə görünür.



Rəsmi Kreml bu yolla öz təsir rıçaqlarını bölgədə qoruyub saxlamağa çalışır. Asetya, Abxaziya, Donbas, Luqansk və sairə yerlərdə tətbiq etdiyi taktikanı sadəcə təkrar edir. Amma, Azərbaycanla bu keçməz! Azərbaycan xalqı əzimkar xalqdır. Mövzud iqtidarın yürütdüyü xarici siyasət də qüsursuzdur. Azərbaycan səbrlə, təmkinlə xarici siyasət aparır. Azərbaycan 27 il təmkinli və balanslı xarici siyasət yürütsə də, 27 sentyabr 2020-ci ildə öz sərt üzünü də dövlətinin, xalqının düşmənlərinə göstərdi. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Diplomatlar Akademyasında xarici jurnalistlərlə görüş zamanı səsləndirdiyi fikirlər, açıqlamalar və bəyanatlardan məncə Rusiya nə qədər gec deyil nəticə çıxartmalıdır”.

“Rusiya bu kimi primitiv və destruktiv əməllərindən imtina etməlidir. Əks halda bu kimi əməllərini davam etdirərsə, hesab edirəm ki, Rusiay üçün bunun acı nəticələri olar. Düşünürəm ki, Azərbaycan kimi müttəfiqi itirmək Rusiya üçün arzuolunnaz nəticələr vermiş olar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top