Azərbaycanda ən böyük şirkətə cərimə yazıldı

GÜNDƏM 16 may 2022, 09:54
Azərbaycanda ən böyük meyvə tərəvəz məhsullarının idxalı, satışı ilə məşğul olan şirkət cərimə olunub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu “Baku Frutt” Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC).

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol yazılıb.

İşə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Babək Pənahovun icraatına verilib.

İşə mayın 26-da baxılacağı gözlənilir. 

Qeyd edək ki, İnizabi Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Baku Frutt” MMC Azərbaycanda ən böyük şirkətlərdəndir. Meyvə, tərəvəz işinə baxır. 

Xarici ölkələrdən ölkəmizə bir çox məhsulların gətirilməsini, satışını təşkil edir. 

İddia olunur ki, “Baku Frutt” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top