ABŞ və Rusiya müdafiə nazirləri telefonla danışdılar

GÜNDƏM 13 may 2022, 21:32
ABŞ müdafiə naziri Llloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

"Mayın 13-də müdafiə naziri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb. Bu, fevralın 18-dən bəri tərəflər arasında ilk telefon danışığıdır. Müdafiə naziri Ostin Ukraynada dərhal atəşkəsin bərpa olunmasına çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb", Pentaqon sözçüsü bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top