Son zamanlar ölkəmizdə uşaqlar arasında “Rotavirus” yayılır.
Bundan əlavə bir neçə gün əvvəl Səhiyyə Nazirliyi bir neçə ölkədə uşaqlarda mənşəyi bilinməyən hepatit virusunun aşkarlandığını açıqladı.
Bəs, “Rotavirus”un bu qədər artmasına səbəb nədir?
Məsələyə münasibət bildiriən həkim-pediatr Vaqif Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, son vaxtlar uşaqlar arasında qızdırma, qarın ağrısı, ishal, qusma kimi şikayətlər rotavirusun əlamətləridir. Həkimin sözlərinə görə, bu xəstəlik ona görə uşaqlar arasında daha çox yayılır ki, onlar əl yuma məsələlərinə diqqət etmir, oyuncaqlarını bir-birilə paylaşırlar, çirkli əllərini tez-tez ağızlarına aparırlar:

“Əslində, bu virus bir neçə aydır ki, uşaqlarda var. Yaya doğru itəcəyi gözlənilir. Ona görə də valideynlərin narahat olmasına heç bir ehtiyac yoxdur. Ümumiyyətlə, uşaqlara arasında yayılan hər bir virusa qarşı diqqətli olmaq vacibdir”.
Aynurə Pənahqızı
Demokrat.az