"Rusiya Qafqazı itirməmək üçün tam fəaliyyətə keçib" — AÇIQLAMA

GÜNDƏM 13 may 2022, 19:36
Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Keçirilən görüşlə bağlı fikirlərini Demokrat.az-a bölüşən sabiq deputat Cümşüd Nuriyev  üçtərəfli görüşün hər üç dövlətin maraqlarına xidmət etdiyini deyib.

Politoloq əlavə edib ki, bu görüşün keçirilməsinin də əsasını 2020-ci il 10 noyabrında həmin dövlətlərin başçılarının imzaladıqlarını bəyannamə əsas səbəbdir:

“Təbii ki, bir müddət öncə Ararat Mirzoyanla Ceyhun Bayramovun telefon təmasları olmuşdur. Amma, MDB çərçivəsində məhz Lavrovun aracılığı ilə belə bir görüşün keçirilməsi müsbətdir. Bütün hallarda Rusiya kifayət qədər ciddi siyasi problemlər üzləşib və ona görə də, ən azı Qafqazı tam itirməmək üçün fəaliyyətə keçib. Burada ən çətin vəziyyətdə qalan da elə Lavrovun özüdür. Çünki Mirzoyan həddən artıq loyal görünürdü, Lavrov həddən artıq gərgin idi. Amma, bütün hallarda məhz bu görüşdən sonra bəyan olundu ki, bu ilin axırına qədər işçi qrupları fəaliyyətə başlayacaq. Görünən odur ki, Azərbaycan tərəfinin irəli sürdüyü 5 müddəanı Ermənistan qəbul edib və tezliklə delimitasiyası, demarkasiyası ilə bağlı işlərin görüləcəyi gündəmdədir”.

C.Nuriyev qeyd edib ki, Rusiya tərəfi bir çox məsələlərdə narahatdır: “Bilirisniz ki, Rusiyanın aş nazirinin müavini Aleksey Overçuk artıq Nikol Paşinyanla görüşüb. Yəqin ki, bu gün Cənab Prezidentlə görüşməyə Azərbaycana da gələcək. Görünən odur ki, Rusiya bu məsələdə həddən artıq maraqlıdır. Xüsusilə, Azərbaycanın çox ağıllı bir siyasəti etməsi, İran üzərində həmin nəqliyyat infrastrukturunun keçirilməsi təbii ki, Rusiyanı narahat etməyə bilməzdi. Rusiya onu Ermənistan üzərindən keçirilməsini istəyir. Görünən odur ki, bu məsələdə Azərbaycanın atdığı addım Rusiyanı təhrik edir ki, o Ermənistan üzərindəki tam hakimiyyətdən istifadə edib Azərbaycan üçün maraqlı olan Zəngəzur dəhlizini həyata keçirsin”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top