"İntihar edənlərin çoxu ilk məhəbbətin qurbanı olanlardır"— Rəşid Mahmudov

SOSİAL 12 may 2022, 22:48
"Qızlar daima nəzarətdə saxlanılmalıdır".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov deyib.

Qeyd edək ki, son günlər gənc qızlar arasında intihar halları çoxalıb. Bununla yanaşı evdən qaçanlar da az deyil. Bunun səbəbini ailədaxili şiddətlə bağlayanlar da var. Nə qədər inkar etməyə çalışılsa da, gənc qızlara evdə təzyiqlər olur. Bəzi hallarda atası ilə yanaşı, qardaşı və qohumları da müdaxilə edir, onların arzularına qarşı çıxırlar. Bəzən isə ailələrdə nəzarət təzyiqlə qarışdırılır.

Rəşid Mahmudovun sözlərinə görə, intihar müxtəlif səbəblərdən baş verə bilər:

“15 yaşlı qızın kimləsə münasibəti olar, buna görə özünü öldürər. Bunun səbəbləri müxtəlifdir. Heç kəs bilə bilməz. İntihar o vaxt olur ki, onda insanın canı boğazına yığılır. İnsan özünü öldürür. Bilir ki, bunun sonu yoxdur”.

R.Mahmudov qeyd edib ki, qızlar daima nəzarətdə saxlanılmalıdır:

“12-13-14 yaşlarında qızların ilk menstruasiyası olur. O zaman qızların ilk məhəbbəti də yaranır. O vaxtı hormonlar bədəndə üsyan edir. Cinsi hormon 90 dəfə artır. Kim olsa, onunla cinsi əlaqədə ola bilər. Analar 11 yaşından 20 yaşına qədər qızını daim nəzarətdə saxlamalıdır. Qızına hər şeyi aydınlaşdırmalıdır. Çünki qızların gözü bağlı olur. Narkomanla da dost ola bilər. Başa salmırlar, qız da küçədə tanış olduğu ilə münasibətdə olur. Axırı da belə”.

Rəşid Mahmudov boşananların əksəriyyətinin ilk məhəbbət qurbanı olduqlarını deyib:
“Boşananların da əksəriyyəti ilk məhəbbətin qurbanı olanlardır. Çoxu ərə də getmir. İlk məhəbbətinin qurbanı olur. Bilir hər şey açılacaq, ona görə istəmirlər. Axırı intiharla qurtarır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top