Qəzada ölən iki aylıq körpəni həkimə aparırmışlar...

HADİSƏ 12 may 2022, 16:57
Bu gün Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Xızı rayonundan keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Demokrat.az xəbər verir ki, dəhşətli qəzada ölənlər və yaralananlar Xızının Giləzi qəsəbə sakinləridir. 

Belə ki, səhər saatlarında kənd sakini, 1991-ci il təvəllüdlü Pərviz Xudabaxşıyev 2 aylıq qızının səhhətində yaranmış problemlə bağlı onu xəstəxanaya aparmaq istəyib. Bu məqsədlə o, dostu Orxan Qasımova müraciət edib və Pərviz, 2 aylıq qızı Mədinə, həyat yoldaşı Əfsanə və anası Vəsxanımla birgə Orxanın idarə etdiyi VAZ-2106 markalı avtomobillə Sumqayıtdakı xəstəxanaya yola düşüblər. Yolda onlar magistralın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir edilən yerdə təktərəfli hərəkət zolağına keçiblər. Yolun 69-cu kilometrliyində O.Qasımovun sürdüyü avtomobil üzbəüz gələn DAF markalı yük avtomobili ilə toqquşub.

Nəticədə ön oturacaqda olan sürücü O.Qasımov, eləcə də Pərviz Xudabaxışov, həmçinin arxa oturacaqda anasının qucağında olan 2 aylıq Mədinə aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Körpənin anası və nənəsi isə ağır xəsarətlərlə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top