BMT ukraynalı həkimlərə təlimlər keçir

GÜNDƏM 11 may 2022, 23:16
BMT-nin məlumatına görə, Rusiyanın hərbi əməliyyatlar zamanı bioloji və zəhərli silahlardan istifadəsinin təsdiqlənmiş əlamətləri yoxdur. Birləşmiş Millətlər Təşkilatı ukraynalı həkimlərə təlimlər keçirir. Təlimlərdə əsas məqsəd rus qoşunlarının kimyəvi və ya bioloji silahdan istifadəsinə yönəlib.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radasının Xalq Sağlamlığı, Tibbi Yardım və Tibbi Sığorta Komitəsinin rəhbəri Mixail Radutski öz Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, martın 18-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletə müraciət edib.

"Məktubda o, Rusiyanın ukraynalılara qarşı kimyəvi və ya bioloji vasitələrdən istifadə etməsi təhlükəsinin olması ilə bağlı məlumat verib.

O, Ukraynada qadağan olunmuş silahların tətbiqinin qarşısını almaq üçün bütün mümkün beynəlxalq təsir tədbirlərindən istifadə etməyə çağırıb".

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top