Mənsimovçu jurnalistlərə pul paylanan “Ləvəngi” restoranının sahibi bilindi — FOTOFAKT (ÖZƏL)

GÜNDƏM 11 may 2022, 18:56
Azərbaycan dövlətinə külli miqdarda borcu olan qalmqallı iş adamı Mübariz Mənsimovun qeyri-şəffaf şəkildə pul payladığı Bakının Yasamal rayonu ərazisindəki “Ləvəngi” restoranının sahibi məlum olub.

Demokrat.az-ın araşdırması zamanı sözügedən restoranın sahibinin Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə olduğu ortaya çıxıb. Hazırda restoranı Mübariz Mənsimovun dostu və həmyerlisi olan hacı Səxavət adlı şəxs idarə edir. Lənkərandan olan hacı Səxavət Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin şəxsi mühafizə xidmətinin rəisidir, AXCP sədri Əli Kərimlinin isə tələbə yoldaşıdır.

Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyində olan Mübariz Mənsimov paralel olaraq Azərbaycandan bəzi saytlarla da gizli əməkdaşlığı məhz öz dostunun “Ləvəngi” restoranında aparıb.

Mübariz Mənsimovun “qara kassası” tərəfindən sözügedən məkanda bir qrup jurnalistə Mənsimovun ictimai müdafiəsi üçün pul paylanılıb. Araşdırmamız nəticəsində Mübariz Mənsimovun hacı Səxavətlə yaxın münasibətlərini əks etdirən fotoları da oxuculara təqdim edirik:



Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top