Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

SOSİAL 11 may 2022, 16:44
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 70 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 861, bu günə qədər isə ümumilikdə 6 842 319 test icra olunub.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 may 2022, 18:34
26 may 2022, 18:14
Top