Yazda payız havası... — Səbəb nədir? — VİDEO

SOSİAL 10 may 2022, 08:56
Yaz fəslini yaşasaq da, hava daha çox payızı xatırladır. Sinoptiklər bildirir ki, ölkə ərazisində soyuq, yağışlı və küləkli hava şəraiti hələ 4 gün də davam edəcək. Ekoloqlar may ayına xas olmayan belə hava durumunu yer oxunun yerdəyişməsi ilə əlaqələndirir. Düzdür, yaza xas olmayan bu hava meteohəssas insanlara mənfi təsir göstərir. Kənd təsərrüfatı sahəsinin ekspertləri isə deyir ki, bu dönəmdəki yağıntılar torpaq üçün çox faydalıdır.

9 may qələbə bayramı ölkə ərazisində istirahət günü olmasına baxmayaraq, parklarda az insana rast gəldik. Buna səbəb isə soyuq və yağıntılı hava şəraitidir.

Ekoloq Telman Zeynalov hava şəraitinin may ayına xas olmayan soyuqluğunu Yer Oxunun yerdəyişməsi ilə əlaqələndirib.

Havanın  yağıntılı keçməsi isə yalnız fermerlərin ürəyincə olub. Belə ki, küləkli hava şəraiti buxarlanmanın intensivləşməsinə, torpağın qurumasına səbəb olmuşdu. Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri İmran Cümşüdov deyir ki, bu dönəmdəki yağıntılar torpaq üçün çox faydalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi onu da bildirdi ki, yağan yağıntı bütün kənd təsərrüfatı məhsullarının artımına, bilavasitə fermerlərin gəlirlərinin yüksəlməsinə səbəb olacaq.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top