Səngəçaldakı alovun səbəbi bilindi — FOTO+VİDEO (YENİLƏNİB)

HADİSƏ 08 may 2022, 21:49
Paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsində gecə saatlarında çıxan alovun səbəbləri bilinib. 

Demokrat.az
yanğının səbəbini öyrənib. Məlum olub ki, sözügedən alov Səngəçal terminalında və platformalarda elektrik təchizatında yaranan nasazlıqla bağlı qalıq qazların fakelə ötürülərək yandırılması nəticəsində yaranıb. Odur ki, narahatçılığa əsas yoxdur. 

*** (21:20)

Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb. 

Demokrat.az
-ın məlumatına görə, bu dəqiqələrdə davam edən güclü yanğın Xocasən qəsəbəsi tərəfdə baş verib. 

Sakinlər tərəfindən Demokrat.az-a göndərilən görüntülərdən də aydın olur ki, yanğının miqyası böyükdür. 


Yanğınla bağlı ən son məlumatları oxucularımıza çatdırmağa çalışacağıq...

Elvin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top