“Dəli olmasam, 80 yaşıma qədər “Real”da qalacağam”

İDMAN 07 may 2022, 18:41
“Real”ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı danışıb.

62 yaşlı mütəxəssis 80 yaşına qədər Madrid təmsilçisini çalışdıra biləcəyini deyib:

“Hər şey yaxşı getsə, dəli olmasam, 80 yaşıma qədər burada qalacağam. “Real”dan ayrılsam, məşqçi karyeramı bitirə bilərəm. Çünki bundan yaxşı klub tapmaq asan olmayacaq.  Görək, “Real” məndən bezəndə nə baş verəcək. Amma hələ görəcəyim çox iş var”.

Qeyd edək ki, Ançelotti ötən ilin iyun ayında “kral klubu” ilə 3 illik müqavilə imzalayıb. O, 2013-15-ci illərdə də bu komandanı çalışdırıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top