Oğulları ilə Vətən müharibəsində tarix yazan Müşfiq və “Onun Müqəddəs Arzuları” — VİDEO

GÜNDƏM 07 may 2022, 16:05
44 gündə bu xalq üç minə yaxın şəhid verdi. Hər birinin də xatirəsi əzizdir bizim üçün. Hər birinin bir adı var, Şəhid! Bizim üçün o yoxdur, onlardan biri var. Elə onlardan biri də Müşfiq Abbasovdur. 44 günlük müharibə ərzində sosial şəbəkələr onu iki övladı və bir qardaşı ilə könüllü müharibəyə qatılan ailə kimi tanıyırdı.

Demokrat.az xəbər verir ki, Şəkidən Vətən müharibəsində könüllü iştirak edən həvəskar bir qrup Vətən yolunda şəhid olan qəhrəmanlarımızı lentə almağa başlayır. Elə ilk sənədli filmləri də “Onun Müqəddəs Arzuları” filmidir.

Film Ağdam və Şəki şəhərində çəkilib. İdeya müəllifi və ssenarist Elgün Gəncimsoy, rejissor Taleh Urfansoy, layihə rəhbəri Asim Əliyev, prodüser Asif Məmmədəliyevdir. 

Film Müşfiq Abbasovun Vətənə olan sevgisindən və azad görmək istədiyi Vətəninin ən böyük arzusuna çevrildiyi Müqəddəs torpaqdan bəhs edir.

Qeyd edək ki, filmin aktyor heyəti Şəki Dövlət Dram Teatrının peşəkar işçiləridir.
 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top