Əfv Komissiyası yenidən toplanır

DAXİLİ SİYASƏT 06 may 2022, 09:40
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Demokrat.az xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

Bundan öncə Əfv Məsələləri Komissiyasının iki iclası baş tutub, ümumilikdə 200-dən çox müraciətə baxılıb.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Bu dəfə 28 May Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamının verilməsi gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top