Abşeron rayonu Mehdiabad qəsəbəsində 1992-ci il təvəllüdlü Seymur dostunun qardaşı Coşqunu bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 dekabr 2020-ci ildə baş verib. Seymur həmin gün saat 19 radələrində Coşqun ilə aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla onu qəsdən vurub.
İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşad Əliyevin sədrliyi ilə araşdırılıb.
Cinayət işi üzrə məhkəmədə ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, onun yaşadığı evin yaxınlığında yaşayan İsmayılla təxminən 10 ilə yaxındır dostluq edib: “Dekabrın 5-də İsmayılgilə getmək istədim. Bunun üçün İsmayılın istifadəsində olan mobil telefona zəng vurdum. Lakin sonuncu zəngimə cavab vermədi. Həmin gün saat 19 radələrində İsmayılın yaşadığı evə getdim. Həyətlərinə daxil olanda İsmayılı gördüm. Orada olan şəxslərlə salamlaşdım, onda qalmış şəxsiyyət vəsiqəmi istədim. Sonra qapının qarşısına çıxdım. Az sonra İsmayıl şəxsiyyət vəsiqəmi gətirdi. Bu zaman İsmayıldan zəngimə cavab verməməsinin səbəbini soruşdum. Buna cavab olaraq İsmayıl yatdığını dedi və müxtəlif bəhanələr gətirdi. Bu zaman aramızda mübahisə yarandı və biz yaxalaşdıq. Elə bu anda oraya İsmayılın qardaşı Coşqun gəldi. İsmayılla Coşqun üstümə gəldi, sifət nahiyyəmə yumruq və təpiklə vuraraq məni yerə yıxdılar. Bu zaman Coşqun məni bıçaqla vurdu. Özümü qorumaq məqsədi ilə cibimdə olan bıçağı çıxardım, havaya zərbə atdım. Bıçaq zərbəsi Coşquna dəydi. Coşqunu bilərəkdən vurmamışam. Hadisə nəticəsində Coşquna 3 bıçaq xəsarəti yetirmişəm. Törətdiyim əməldən peşmanam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Coşqunun sözlərinə görə, Seymuru təxminən 10 ilə yaxındır tanıyır, onunla yaxşı münasibətdə olub, əvəllər düşmənçiliyi və ya ədavəti olmayıb: “Dekabrın 5-də, saat 19 radələrində qardaşım İsmayılla Seymurun mübahisə etdiklərini eşitdim. Bu səbəbdən bayıra çıxdım, mübahisənin səbəbini soruşdum. Seymur mənə sərt cavab verdi. Buna görə əlbəyaxa olduq. Hadiəsnin təsadüfi axarı zəminində ittihamda göstərilən hadisə baş verdi. Təqsirləndirilən şəxslə barışmışam, ondan şikayətim yoxdur”.
Coşqun ifadəsinə əlavə olaraq göstərb ki, mübahisə zamanı o və qardaşı Seymura heç bir xəsarət yetirməyiblər.
Məhkəmə Seynurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 4 il şərti cəza təyin olunub.
Fariz Məlikli
Demokrat.az