“Ali məktəblərə qəbul üçün müraciət edənlərin sayı artıb” — SƏBƏB

SOSİAL 04 may 2022, 19:10
“Hazırda ali məktəbə qəbul üçün müraciət edənlərin sayı ötən illə müqayisədə daha çoxdur. Bu, ilk növbədə bu il məzun olanların sayı ilə də əlaqədardır”. 

Bu barədə Demokrat.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib:

“Bilirsiniz ki, bu il məzun olanların sayı ötən ildəkindən artıqdır. Ona görə də ərizə qəbulunda bu öz nəticəsini göstərib. Ümumilikdə, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci ixtisas qrupunu, eyni zamanda 11-ci sinif təhsil bazasında kolleclərə qəbulu, 100 minə yaxın ərizə təqdim olunub. 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qrupları üzrə 10 minə yaxın artım var.  

Keçən il 71 min 403 nəfər, bu il isə 81 min 403 nəfər öz ərizəsini qeyd olunan ixtisas qrupları üzrə təqdim edib. 5-ci ixtisas qrupunda da bu il kifayət qədər artım var. Ötən illə müqayisədə 16 min daha çox şəxs məhz bu ixtisas qrupunu seçib.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top